Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası üçüncü yoxlama oyununu keçirib.
“Qırmızı-qaralar”ın hazırlıq prosesindəki son rəqibi yerli “Kunduspor” olub.
Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız top keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
Yanvarın 8-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlığını bu oyunla yekunlaşdırıb. Komandamız bunadək keçirdiyi ilk iki oyunda “Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və “Antalyaspor”a 1:2 hesabı ilə uduzub.
azertag.az