Ölkəmizdə səfərdə olan fransız yazıçısı Jerar Kardon ilə görüş olub
17.1.2017

Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon yanvarın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

Komitədən bildiriblər ki, görüşdə H.Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması, bu sahədə mövcud olan qanunvericilik bazası, qadınlarımızın hər bir sahədə fəal təmsil olunması, onların əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumatları diqqətə çatdırıb.

Görüş çərçivəsində gender bərabərliyi və qadın hüquqlarının qorunması, gender siyasətinin inkişafı, qadınların dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, ölkəmizdə qadın sahibkarlığının inkişafı və bir sıra məsələlər müzakirə edilib.

azertag.az