Qan donorlarının ömrü uzun olur
18.1.2017

Danimarka və İsveç alimlərinin tədqiqatlarının nəticələri göstərib ki, qan donoru olan insanların ömrü uzanır.

Kopenhagen Universitetinin mütəxəssisləri və onların isveçrəli həmkarları Skandinaviya ölkələrinin donor məlumat bazasında irimiqyaslı tədqiqat aparıblar. Məlum olub ki, qanvermə pasiyentin sağlamlığına heç bir ziyan vurmur, əksinə, onun daxili orqanlarının işini tənzimləyir, “təzə” qanın əmələ gəlməsini təmin edir və orqanizmi tonusda saxlayır.

Alimlər bu qənaətə gəliblər ki, fəal donorlar başqaları ilə müqayisədə xroniki xəstəliklərdən daha az əziyyət çəkirlər. Amma bunun səbəbini izah edə bilməyiblər. Bununla belə ehtimal ediblər ki, “işlənmiş” qanın yenisi ilə əvəzlənməsi orqanizmi cavanlaşdırır.


azertag.az