Xərçəng hüceyrələrini öldürən ədviyyat
18.1.2017

Bir çox ədviyyatlar xərçəng əleyhinə təsirə malikdir. Son araşdırmalar göstərib ki, Pippali acı bibəri genlər səviyyəsinə xərçəng hüceyrələrini öldürmək qabiliyyətinə malikdir.
Bu bibər növü əsasən Hindistanda yetişdirilir və çox geniş istifadə olunur.
Pippali bibərinin tərkibində olan "paypenlonqumin" adlı maddə orqanizmdə xüsusi enziminin istehsalını azaldır. Bu enzim çoxlu miqdarda xərçəng şişlərində aşkar olunub.
Araşdırmalar payperlonquminin prostat vəzi, döş, ağ ciyər, bağırsaq, limfoma, beyin xərçənginə qarşı aktivliyini göstərib.

saglamolun.az