Alimlər süni intellektin ürək çatışmazlığı olan xəstələrin ölüm tarixini təxmin edə biləcəyi ideyasını irəli sürüblər.
Proqram vasitəsilə qan testlərini və ürək döyüntülərini “skan” edərək orqanın fəaliyyətini nə zaman dayandırmasını öyrənmək olur. İngiltərə Tibbi Araşdırma Şurasının alimləri bu texnologiya vasitəsilə daha aqressiv müalicəyə ehtiyacı olan xəstələri tapmaqla onların həyatını xilas etməyin mümkünlüyünü bildiriblər. 256 xəstənin ürək və qan testinin maqnit-rezonans tomoqrafiyasının nəticələri proqramda yoxlanılıb. Onun vasitəsilə hər ürək döyüntüsü zamanı orqanizmin 30 min fərqli nöqtəsinin hərəkəti ölçülüb. Bu məlumatlar xəstənin səkkiz illik sağlamlıq qeydləri ilə birləşdiriləndə süni intellekt hansı anormallıqların xəstənin ölüm tarixini proqnozlaşdırdığını öyrənib. Texnologiya bir il sonra həyatda olanların vaxtını təxminən 80 faiz doğru təxmin edib. Bu zaman həkimlərin ehtimalı 60 faizə bərabər idi.
Proqram vasitəsilə beş il sonranı da təxmin etmək mümkündür. Tədqiqatçılar kardiomiopatiya kimi ürək çatışmazlığının digər formalarında da bu texnologiyanı istifadə etmək istəyirlər.
azertag.az