R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Samuel Marşakın “Qırmızı papaq” əsəri əsasında hazırlanan balet-tamaşa nümayiş olunub.
Rejissor Ella Hacıyevanın quruluşda səhnələşdirilən tamaşada gənclər çıxış edib.
Səhnə əsəri yeni quruluşda balacaların ixtiyarına verilib. Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələri üzərində qurulub.
Xronometrajı bir saat olan balet-tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.
azertag.az