Gənclər arasında peşə təhsilinə maraq stimullaşdırılır
26.1.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlərdə ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimi barədə vaxtında, əmək bazarının tələblərinə uyğun qərar verilməsi və s. məsələlər hədəf istiqamətləri kimi müəyyən olunub.

Təlimlərdə “Mənim peşəm mənim gələcəyimdir” layihəsinin rəhbəri Cavidan Ağazadə ölkəmizdə insan inkişafı istiqamətində peşə təhsilinə diqqətin artırılması məqsədilə icra olunan layihə çərçivəsində peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması və s. mövzuların müzakirəsinin vacibliyini vurğulayıb, uğurlu karyera naminə doğru qərar verməyin önəmi barədə biliklərini bölüşüb.

Ekspertlər Əliyar Musayev, Kamran Abdullayev, Coşqun Ələkbərov peşə təhsilinin əhəmiyyətindən, ölkəmizdə bu siyasətin uğurlu formulu olan “qara qızıl”ın insan kapitalına çevrilməsi” strategiyasından danışıblar.

Təlimlərdə iştirak edən gənclərə mövzu ilə bağlı bukletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

azertag.az