Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədlərin adları açıqlanıb
27.1.2017

Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi səsvermə yolu ilə qurumun baş direktoru vəzifəsinə üç namizəd irəli sürüb. Onların adları Dünya Səhiyyə Assambleyasına təqdim olunacaq.

Səsvermədən əvvəl üzv dövlətlər beş namizədlə müsahibə aparıblar. Namizədliyi irəli sürülən 3 nəfərin – Tednos Adhanom Gebreyezus (Efiopiya), David Nabarro (Böyük Britaniya) və Sani Niştarın (Pakistan) adları yanvarın 25-də ümumi axşam iclasında elan edilib.

DST-nin üzvü olan dövlətlər 2017-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının sessiyasında keçiriləcək səsvermə zamanı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin icrasına 2017-ci ilin iyulunda başlayacaq.

azertag.az