İbrahim Tatlısəsin qızı olacaq
12.9.2012

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yenidən ata olacaq.

GoMap.az Lent.az saytına istinadən verdiyi məlumata görə, ötən ilin 27 iyulunda evlənən İbrahim Tatlısəslə Ayşəgül Yılmaz uşağın cinsiyyətini öyrəniblər. Dörd aylıq hamilə olan Ayşegül Yılmazın qızı dünyaya gələcək.

Qeyd edək ki, İbrahim Tatlısəs birinci həyat yoldaşı Ədalət Tatlıdan iki qızı, bir oğlu, Pərihan Savaşdan bir qızı, Dərya Tunaldan isə bir oğlu var.