Azərbaycanda sabit vergi ödəyiciləri elektron qəbz alacaq
27.1.2017

Hazırda Azərbaycanda sabit vergi ödəyicilərinə qəbzlər onların vergi orqanlarına müraciətindən 2 gün sonra kağız formada verilir, amma gələcəkdə qəbzlər elektron olacaq".
Bunu jurnalistlər və sabit vergi ödəyiciləri üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin departament direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə lazımi proqram təminatı üzərində iş gedir.

report.az