Ötən il Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olan 220 min 399 zəng üzrə 238 min 889 sual cavablandırılıb.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1 milyon 737 min 459 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 298 min 43 SMS göndərilib.
Həmçinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4 milyon 493 min 844 daxilolma qeydə alınıb. Vergiödəyicilərinə xidmət strukturlarında 507 min 804 vətəndaş qəbul edilib, onlara 816 min 698 xidmət göstərilib.
2017-ci ilin yanvarın 1-nə vergiödəyicilərinə verilmiş “ASAN imza” sertifikatlarının ümumi sayı 255 min 536 olub.
azertag.az