“Danışan kitablar” mobil tətbiqetməsi yenilənib
31.1.2017

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Danışan kitablar” layihəsi çərçivəsində istifadəyə verilən eyniadlı mobil tətbiqetməyə bir sıra yeniliklər əlavə edilib.

ATGTİ-dən bildiriblər ki, fərqli dizaynda oxucuların istifadəsinə verilən mobil tətbiqetməyə yeni player, istifadəçinin dinlədiyi yerdən davam etməsi, dinləmə vaxtı və bir sıra dəyişikliklər əlavə edilib. Həmçinin istifadəçilər sorğu bölməsinə daxil olaraq istədikləri kitabları seçə bilərlər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə reallaşan “Danışan kitablar” layihəsinin diskləri 2013-cü ildə buraxılıb.

azertag.az