“Azərpoçt” MMC poçt rabitə operatoru Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində poçt şöbəsi açacaq.
Bu barədə poçt bazarındakı mənbə məlumat verib.
Məlumata görə, şöbənin açılması məsələsi kənddə abadlıq işlərinin aparılması zamanı nəzərə alınacaq.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
trend.az