“ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında yeni tamaşa
3.2.2017

Fevralın 2-də Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin “Yeddi məhbusə” pyesi əsasında eyniadlı tamaşa təqdim olunub.

Tamaşa 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası tərəfindən hazırlanıb.

Səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə reallaşıb.

“ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseynlinin quruluşunda təqdim edilən tamaşada 10 könüllü rol alıb. Xronometrajı 1 saat 40 dəqiqə olan tamaşada hadisələr həbsxanada cərəyan edir.

Səhnə əsərində rolları mərkəzin əməkdaşları Nərminə Əliyeva, Samirə Əliyeva, Tural İbrahimov, Şəfiqə Sadıqova, Aysel Musayeva və digərləri canlandırıblar.

Qeyd edək ki, tamaşa “Gənclər günü” münasibətilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində təqdim edilib.

azertag.az