Türkiyənin tanınmış müğənnisi Emre Aydın Bakıya gəlir. “A plus production”nın rəhbəri Əli Hüseynovun təşkilatçılığı ilə paytaxtımızda qonaq olacaq Emre Aydın 17 noyabr tarixində konsert proqramı ilə çıxış edəcək.
Əlinin verdiyi məlumata görə, Emre Bakı səhnəsində tək deyil, məşhur müğənni Sevda Yayhayeva ilə birgə çıxış edəcək. Konsertin təfərrüatları barədə hələ məlumat verilmir.
Onu da bildirək ki, Əli Hüseynov 8 sentyabr tarixində Kempinski oteldə Sevda Yahyayeva ilə türk DJ-i Erdi Erdoğanın möhtəşəm konsertini təşkil etmişdi.
sia.az