İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında yeni bir incəsənət layihəsinə start verilib. Layihə çərçivəsində bir sıra ölkələrdən olan rəssamların Azərbaycanla bağlı çəkdikləri sənət əsərlərindən ibarət rəsm sərgisi açılacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşən layihənin ilk qonağı tanınmış rəssam Djeykob Marti olub. O, azərbaycanlı rəssamlarla birlikdə bir ay müddətində sözügedən məkanda işləyəcək.
Layihənin məqsədi ölkəmizin mədəni zənginliyini müxtəlif mədəniyyət və adət-ənənəyə malik rəssamların yaradacaqları əsərlər fonunda təqdim etmək və beynəlxalq mədəni əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.
azertag.az