Azərbaycan Fotoqraflar Birliyi “Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqə elan edib. Fotomüsabiqənin ideya müəllifi Rauf Umud, kordinatoru Nail Əhmədovdur.
AFB-dən bildirilib ki, müsabiqəyə fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmaqla musabiqeafb@gmail.com ünvanına göndərilməlidir. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar fevralın 26-dək təqdim olunmalıdır.
Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur.
azertag.az