Kulinarlarımız Türkiyənin İstanbul şəhərlərində keçirilən Beynəlxalq Kulinariya Çempionatından Vətənə medallarla dönüblər. Bu münasibətlə fevralın 9-da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə konfrans keçiriləcək.
AMKA-dan bildirilib ki, konfransda kulinarlarımızın qazandıqları uğurlar müzakirə olunacaq. Həmçinin onlar beynəlxalq çempionat çərçivəsində iştirak etdikləri ustad dərslərində qazandıqları təcrübəni bölüşəcəklər.
azertag.az