Türkiyə səfiri SOCAR-da olub
7.2.2017

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib.

SOCAR-ın saytına istinadən xəbər verilir ki, R.Abdullayev iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırıb, Türkiyə şirkətlərinin Azərbaycanda həyata keçirilən enerji layhələrində iştirakının, habelə SOCAR-ın Türkiyədə reallaşdırdığı investisiya layihələrinin hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Avropanın enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən enerji layihələrində Türkiyənin tranzit ölkə kimi rolu, xüsusilə TANAP layihəsinin icrasının bu baxımdan əhəmiyyəti qeyd edilib.

trend