Kaliforniyada “ Azərbaycan muğam musiqisi: muğamın Azərbaycan mədəniyyətində və dünyada yeri ” mövzusunda yazı müsabiqəsi keçiriləcək.
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan verilən məlumatda bildirilir ki müsabiqə Kaliforniyanın kollec və universitetlərində təhsil alan eyni zamanda təhsilini başa vurmuş bütün tələbələr üçün açıq elan olunub. Məlumatda həmçinin qeyd olunur ki yarışmanın qalibləri baş konsulluqda yaradılmış Müsabiqə Komitəsi tərəfindən seçiləcək. Birinci yerin qalibi 750 ikinci yerin sahibi isə 250 ABŞ dolları ilə mükafatlandırılacaq.
Hər bir məqalədə olan sözlərin sayı mindən çox olmamalıdır və əl yazısı şəklində təqdim olunmalıdır. Azərbaycan muğamının həm Azərbaycan mədəniyyəti sahəsində vacibliyi eyni zamanda dünya mədəniyyətinə bəxş etdiyi tövhələr xüsusilə qeyd olunmalıdır.
Qeyd edək ki Azərbaycanın “Şur” muğamı NASA-nın musiqi səsləndirmək imkanlarına malik iki kosmik peykində səsləndirilməkdədir.
APA