15 sentyabr – Bilik Günü ilə əlaqədar üç musiqi məktəbinin bərpadan sonra açılışı olacaq.
Yeni dərs ilinin başlaması münasibətilə Bakı şəhərindəki G. Şaroyev adına 35 nömrəli Musiqi Məktəbinin, 28 nömrəli Uşaq Musiqi Məktəbinin və 5 nömrəli Uşaq İncəsənət Məktəbinin binasının əsaslı təmir-bərpadan sonra açılışları keçiriləcək.
Eyni zamanda sentyabrın 15-də Azərbaycan Turizm İnstitutunda yeni tədris ilinin başlanması ilə əlaqədar təntənəli mərasimin keçirilməsi nəzərdə tutulur.