Rusiyanın tanınmış müğənnisi və Bakıda kifayət qədər pərstişkarları olan Eldar Dolqatov paytaxtımızın qonağı olacaq.
“Arı” production və Samir Xəttabın təşkilatçılığı ilə müğənni noyabrın 3-ü paytaxtın tanınmış otellərindən birində canlı konsert ilə sevənlərinin qarşısına çıxacaq.
Yerli şou-biznesin tanınmış müğənnilərindən biri onunla bir səhnəni bölüşəcək. Hələ ki adının sirr saxlandığı müğənninin kimliyi yaxınlarda açıqlanacaq.
Biletlərin qiyməti isə 30 AZN təşkil edəcək.
Gün.Az