"Unibank" ASC-nin bankomatlarında "Albalı Plus" debet kartından nağdlaşdırma zamanı komissiya tutulmur.
Banka istinadən verilən xəbərə görə, hazırda kampaniya çərçivəsində cəmi 3 AZN/USD-yə olan "Albalı Plus" debet kartını "Unibank" filiallarından almaq mümkündür.
"Albalı Plus" debet kartı ilə hər alış-verişdə xərclənən vəsaitin 20%-dək hissəsi kart hesabına geri qayıdır, kartda qalan pula illik 6%-dək depozit gəliri hesablanır. Debet kartı manat və ya dollar valyutasında sifariş edilə bilər.
report.az