Texas ştatının San-Antonio şəhərində balaca bir hörümçək aləmi qarışdırıb. Bir neçə ay fəhlələrlə bioloqlar birlikdə çalışıblar. Birincilər yolu genişləndirir, ikincilər isə nadir hörümçəyi axtarırdılar.
Bioloqların axtarışı nəhayət bir nəticə verib. Onlar təbiətdə 30 ildən artıqdır rast gəlinməyən hörümçək növünün cəmi bir nümayəndəsini tapıblar. 15 milyon dollarlıq tikinti işləri təcili olaraq dayandırılıb: yerli əhali tıxaclarda əzab çəkir, bioloqlar isə hörümçəyin həyatını tədqiq edir və onun "qohumlarını" axtarırlar.
Milli.Az