Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqədir.
"28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabərdir.
Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edir. Həmin vaxtlarda "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edir.
"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-N.Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.
Yeni qrafikinin müddəti 2013-cü ilin iyul ayına qədərdir.
Sərnişinlərin marağını nəzərə alaraq, "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunur.
Sərnişinlər hər hansısa stansiyadan qatarların «Bakmil» stansiyası istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün saytda (metro.gov.az) xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər.
Milli.Az