Böyük Britaniyada orijinal bığ-saqqal yarışı keçirilmişdir
17.9.2012

Böyük Britaniyada orijinal bığ-saqqal yarışı keçirilmişdir.

GoMap.az AzərTAc-a istinadən xəbər verir ki, çempionatda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar Braytona toplaşmışlar.

Bığ-saqqal həvəskarlarının fantaziyaları və iştirakçıların rəngarəngliyi münsiflər heyətini 10 nominasiya üzrə mükafat müəyyənləşdirməyə vadar etmişdir.
Ən çox marağa səbəb olan mükafatçılar Avstriya və imperator stilində bığ-saqqal saxlayanlar olmuşdur.