Ordubadın Aza kəndində daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı səyyar xidmət göstərilib
15.2.2017

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidməti Ordubad rayonunun Aza kəndində olub.

Vətəndaşların ərizələri yaşadıqları ərazidə qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Qəbul edilmiş sənədlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rayon idarəsi tərəfindən elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Torpaq sahələrinin plan ölçüsünün və daşınmaz əmlakın texniki pasportunun hazırlanması üçün yerindəcə vətəndaşların torpaq sahələrinə baxılıb və müasir qurğularla əmlakın ölçüsü aparılıb.

Qeyd edək ki, 2016-cı ildə səyyar xidmət tərəfindən muxtar respublikanın 97 yaşayış məntəqəsində 1032 sakinə xidmət göstərilib.

azertag.az