Azərbaycanın IT şirkəti “ağıllı saat” hazırlayır
16.2.2017

Azərbaycanın "BrailleX" IT şirkəti görmə məhdudiyyəti olan şəxslər üçün "ağıllı saat" hazırlayır.

Bu barədə şirkətin rəhbəri Sayad İbrahimov deyib.

Onun sözlərinə görə, "Braille Watch" saatının prototipi fevralın sonunda təqdim olunacaq, payızda isə bu qurğu kütləvi istehsal üçün tam hazır olacaq.

S.İbarhimov deyib: ""Braille Watch" çoxfunksiyalıdır və əlverilşli qiymətlərlə təqdim olunacaq. Qurğuya inteqrə olunan funksiyalar görmə məhdudiyyəti olan şəxslərə həyat tərzini dəyişməyə imkan verəcək. Bu saatdan istifadə etməklə onlar vaxtı öyrənə, SMS-ləri oxuya və cavab yaza bilərlər. Bundan başqa, "ağıllı saat"ın yolda maneənin olub-olmaması barədə məlumat vermək funksiyası da olacaq".

trend.az