Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər
16.2.2017

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Belə ki, uğursuz əməliyyat nəticəsində yarada iltihabi proses başlayıb. ATU-nun klinikasında müayinədən keçən xəstənin qarın boşluğunda başlayan iltihablı proseslə yanaşı yad cisim də aşkarlanıb.

Xəstə dərhal əməliyyata alınıb. Klinikanın ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev tərəfindən aparılan əməliyyat uğurla nəticələnib.

Hazırda xəstənin vəziyyəti stabildir.

azertag.az