Niderlanda yerləşən Neymegen Universitetinin əməkdaşları müəyyən ediblər ki, diqqət defisiti və hiperaktivlik sindromunun (DFHS) səbəbi, çox güman, beyinlə bağlıdır. Belə ki, DFNS-i olan insanların beyinləri DFNS-dən əziyyət çəkməyənlərinkindən kiçikdir.
“Deccan Chronicle”yə istinadla xəbər verilir ki, tədqiqatda 4 yaşından 63 yaşınadək bu sindromdan əziyyət çəkən 1713 nəfər və əziyyət çəkməyən 1529 könüllü iştirak edib.
Tədqiqatçılar iştirakçıların maqnit-rezonans tomoqrafiya məlumatlarını öyrəniblər. Onlar tədqiqat iştirakçılarının beyinlərini və DFNS ilə əlaqədar olan 7 zonanı ölçüblər. DFNS-dən əziyyət çəkən insanlarda beynin və pozulma ilə bağlı olan 5 nahiyənin, o cümlədən emosiyaların tənzimlənməsində iştirak edən badamcığın ölçüsü kiçik olub. Bu, xüsusilə uşaqlarda daha çox nəzərə çarpsa da, DFNS-dən əziyyət çəkən yaşlı adamlarda da müşahidə olunub.
Alimlər DFNS-ə görə dərman qəbul edən və etməyən adamlar arasında fərq tapa bilməyiblər. Yəni beynin bu xüsusiyyətlərinin DFNS-i müalicə edən preparatların qəbul edilməsinə aidiyyəti olmayıb. Mütəxəssislər vurğulayırlar ki, onlar bu mövzuda çox böyük tədqiqat aparıblar.
azertag.az