2017-ci il martın 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.
Vahid tariflər ABŞ, Yeni Zelandiya, Kanada və Avstraliya operatorlarının şəbəkələrində qüvvədə olacaq.
İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.
trend.az