Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatının sonuncu günündə daha 2 medal qazandılar.
Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, 21 yaşadək idmançıların yarışında İrina Zaretska Avropa çempionu adına, Asya Məlikova isə gümüş medala sahib olublar.
Murad Hacızadə 16-17 yaşlıların, Ayla Rzazadə isə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində bürünc medal qazanıblar.
Fidan Teymurova, Həsən Əliyev və Elcan Məmmədrzayev bürünc medal uğrunda görüşdə uduzublar. Katada Ceyhun İsmayılov, Tale və Tural Yaqubov qardaşları 7-ci olublar.
Bu nəticə ilə Azərbaycan medal qazanan 34 ölkə arasında 13-cü yeri tutub.
Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib.
azertag.az