Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq Yazıçısı Anarın hekayələri polyak dilində nəşr edilib.
Səfirlikdən bildirilib ki, kitabda yazıçının “Əlaqə”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi” və “Asılqanda işləyən qadının hekayəsi” əsərləri yer alıb.
Kitab Polşanın “Oficyna Olszynka” nəşriyyat evində çap edilib.
Məlumat üçün bildirək ki, bu hekayələr ötən əsrin 70-80-ci illərində polyak dilinə tərcümə olunaraq Polşada nəşr edilmişdir. Yazıçının əsərlərinə olan marağı nəzərə alaraq hekayələrin təkrar nəşri həyata keçirilib.
Qeyd edək ki, Anarın artıq bir neçə kitabı Polşada çap edilib. Ən son kitablarından biri isə 2015-ci ildə “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında işıq üzü görmüş “Göz muncuğu” əsəridir.
azertag.az