Azərbaycan və İtaliya müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcəklər
23.2.2017

Bu gün Azərbaycan və İtaliyanın "Finmeccanica" şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Pyer Karlo Kalenda deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycanda İtaliyanın ölkəyə investisiya yatırmaq istəyən 4 böyük şirkəti var.

"Onlar İtaliyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkəti "Finmeccanica", "Danieli" metallurgiya şirkəti, İtaliyanın fındıqçılıq sahəsində ən iri şirkəti "Ferrero" və "Telecom Italia Sparkle" telekommunikasiya şirkətidir".

trend.az