Azərbaycan Tibb Universitetinin yeni doktorant və dissertantları ilə görüş keçirilib
23.2.2017

Azərbaycan Tibb Universitetinin (ATU) doktorantura və dissertantura şöbəsinə qəbul başa çatıb. ATU-nun rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertant adını qazanan gənc alimlərlə görüşüb, onları təbrik edib.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə G.Gəraybəyli Tibb Universitetində təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslərin tamamilə şəffaf aparıldığını qeyd edib. Gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli olmağı tövsiyyə edib.

Görüş zamanı gənc alimlər təhsil və tədrisin təşkili ilə bağlı öz fikirlərini bildirib, təkliflərini səsləndirdilər. Rektor doktorant və dissertantlara gələcəkdə üzləşdikləri hər bir çətinliklə bağlı rəhbərliyə müraciət etməyi tövsiyyə edib.

Qeyd edək ki, bu il ATU-nun doktorantura və dissertantura şöbəsinə 30 nəfər qəbul olub. Onlardan 19-u dissertant, 11-i doktorantdır.

azertag.az