Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran “Yeni söz” adlı ədəbiyyat almanaxı nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, kitabda 90-cı illərin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri – şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır.
Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.
Toplunun “Ön söz”ünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.
azertag.az