Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının “Milli alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının elmi əsaslarla hazırladığı və təkmilləşdirdiyi musiqi alətlərinin sərgisi açılacaq. Sərgi çərçivəsində Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.
Elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bildirib ki, sərgidə yaratdığı irili-xırdalı 100-ə yaxın qədim və müasir musiqi alətləri təqdim olunacaq.
Tədbirdə tanınmış və gənc ifaçıların çıxışları dinləniləcək.
azertag.az