Martın 2-dən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) yola düşəcək. Qatar həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq.
trend.az