Rusiyanın "QAZ" avtomobil qrupu Azərbaycana avtomobil tədarük edə bilər. Nijni Novqorod vilayət rəhbərliyi bu sahədə şirkətə öz dəstəyini verəcək.
Bu barədə Soçidə keçirilən Rusiya İnvestisiya Forumu zamanı Nijni Novqorod vilayətinin qubernatoru Valeri Şantsev deyib.
Onun sözlərinə görə, bu barədə Azərbaycanla danışıqlar aparılır. Azərbaycan bir sıra MDB ölkələri ilə birgə 2017-ci il üçün perspektivli bazar hesab olunur.
trend.az