Beynəlxalq Muğam Mərkəzində “Bayatı-Şiraz” muğam dəstgahı səslənəcək
3.3.2017

Martın 9-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Bayatı-Şiraz” dəstgahı” adlı konsert proqramı təqdim olunacaq.

Mərkəzdən bildirilib ki, tədbirdə Xalq Artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında “Bayatı-Şiraz” dəstgahı səslənəcək. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Gecədə aktyor və bədii qiraətçisi, Əməkdar Artist, ADMİU-nun dosenti Azad Şükürovun da çıxışı dinləniləcək.

Biletləri şəhərin kassalarında, “ASAN Xidmət” mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

azertag.az