Bakı və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Sentyabrın 25-dən 27-dək Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
apa