Bolqarıstanda gənc musiqiçilərin “Ümid. İstedadlar. Ustadlar” adlı XVII Beynəlxalq müsabiqəsi keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən Professorlar Viktor Çuçkov (Bolqarıstan), Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət beynəlxalq münsiflər heyətinin yekdil qərarı ilə kiçik və orta qruplarda “Qran-pri” nominasiyasında birinci mükafatlara Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad Abbasov layiq görülmüşlər.
Firuzə Bəylərova və Murad Abbasov 23 ölkədən 150 nəfərin iştirak etdiyi müsabiqədə yüksək mükafatlarla yanaşı, Almaniyada müasir dövrün görkəmli musiqiçilərinin ustad dərsində iştirak imkanı da qazanmışlar.
Bundan əvvəl Bolqarıstanda keçirilmiş müsabiqələrdə qələbə qazanan laureatlarımız da Almaniyaya səfərlə mükafatlandırılmışlar. Onlardan məktəb-studiyanın şagirdi Vüsalə Babayeva bu yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif ölkələrdən olan digər laureatlarla birlikdə ustad dərsində müvəffəqiyyətlə çıxış etmişdir.