Əmlak Məsələlərı Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə daha bir yeniliyə imza atılıb.
Bu gün "Çıxarış və Arxivlərin Elektronlaşması" layihəsinin ictimai təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi Komitə tərəfindən atılan növbəti innovativ addımdir. Gələcəkdə reallaşaçaq bu yeniliyə əsasən əhaiiyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olacaq. Vətəndaş öz arzusuna görə çıxarışı elektron və ya kağız formada əldə edə biləcək. Əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə getmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əlda edə biləcək.
trend.az