Bu il Balakəndə 2 min hektardan çox sahədə tərəvəz yetişdiriləcək
3.3.2017

Cari ildə Balakən rayonunda tərəvəz əkini sahələrinin 2 min hektardan çox olacağı proqnozlaşdırılır. Məhsul istehsalçıları faraş tərəvəz əkininə, əsasən də faraş xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda istixanalarda yetişdirilmiş tərəvəz şitillərinin sahələrə köçürülməsi işlərinə başlanılıb. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.

Bu barədə rayon kənd təsərrüfatı idarəsindən məlumat verilib.

Qeyd edək ki, tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biridir. Ötən il balakənli fermerlər 2 min 46 hektar tərəvəz sahəsindən 23 min 752 ton məhsul götürüblər. Tərəvəz istehsalı əvvəlki illə müqayisədə 1 min 132 ton artıb.

Təsərrüfatlarda, eyni zamanda, yaz-tarla işlərinə hazırlıq da görülür. Tezliklə kartof, qarğıdalı və digər yazlıq bitkilərin əkininə başlanılacaq.

azertag.az