Ruayanda Novruz bayramının tarixindən danışılıb
6.3.2017

Azərbaycanın Dostları Assosiasiyası və Ruayan şəhəri meriyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə iki ölkə arasındakı diplomatik əlaqələrin 25 illiyi və Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.

Ruayana gələn səfir Elçin Əmirbəyov şəhərin meri Didye Kantən ilə görüşüb. Şəhərin meri Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən məmnunluğunu bildirib, ölkəmizə səfər etmək istədiyini deyib.

Səfir Elçin Əmirbəyov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə də Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həllində Fransanın roluna toxunub.

Görüşdən sonra Konqres Sarayında Azərbaycanla bağlı bağlı filmin təqdimatı olub.

Təqdimatdan sonra səfir Elçin Əmirbəyov Novruz bayramının tarixi barədə məlumat verib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Diplomat Fransa ilə Azərbaycanın strateji tərəfdaş olduğunu diqqətə çatdıraraq müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb.

Sonra Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı təqdim edib.

azertag.az