Bakıda Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi keçiriləcək.
Portuqaliyanın Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, sərgi 10-12 mart tarixlərində “Nur Art House” qalereyasında baş tutacaq.
Sərgidə Portuqaliyanın bir çox yerlərində olmuş və ölkənin tarixi məkanlarını çəkmiş fotoqraf Aydın Sadıqovun işləri nümayiş olunacaq.
Bu fotosərgi 2017-ci ildə Portuqaliyanın ilk mədəni tədbiri olacaq.
report.az