SOCAR və Bakı şəhər Təhsil İdarəsi əməkdaşlıq sazişini icra edir
15.3.2017

SOCAR-ın Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış, ekoloji maarifləndirmə sahəsində Əməkdaşlıq Sazişi icra olunmaqdadır. Sazişdə “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar”, “Yaşıl məktəb” və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
SOCAR-a istinadən xəbər verilir ki, 2017-ci ilin fevral-mart aylarında İdarənin əməkdaşları Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə 36, 283 və 246 saylı tam orta məktəblərdə “Yaşıl məktəb” layihəsinin bir hissəsi olan “Çərşənbə iməcilikləri”ndə iştirak ediblər. İməciliklərdə İdarənin əməkdaşları şagirdlərlə birlikdə məktəbyanı sahədə ağaclar əkib, təmizlik və abadlıq işləri aparıb, yaşıllıqlara qulluq göstərilməsi ilə əlaqədar məsləhət və tövsiyələrini veriblər.
“Yaşıl məktəb” layihəsinin həyata keçirilməsində məqsəd məktəbyanı sahələrin yaşıllaşdırılması, məktəblilərə seleksiya və calaqetmə vərdişlərinin aşılanması, canlı guşələrin və məktəb oranjeriyasının yaradılmasıdır.

report.az