Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə bazarda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.
Rayon icra hakimiyyətindən bildiriblər ki, yarmarkada müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satılır. Ət və süd məhsulları, meyvə-tərəvəz, müxtəlif göyərtilər, bir sözlə, bayram süfrəsi üçün lazım olan bütün məhsullar bazar qiymətindən aşağı təklif olunur.
Fəaliyyətə başladığı ilk gündən rayon sakinləri yarmarkaya böyük maraq göstərirlər.
Bayram yarmarkası 3 gün davam edəcək.
azertag.az