Kulinarların elmi-praktiki konfransı keçiriləcək
28.3.2017

Martın 30-da Turizm və Menecment Universitetində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə elmi-praktiki konfrans keçiriləcək.

AMKA-dan bildirilib ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə milli mətbəxin yeri və restoran biznesinin rolu mövzusuna həsr edilmiş tədbirdə ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.

Konfransa aşpazların əl işlərinin sərgisinin də açılışı nəzərdə tutulub.

azertag.az