Karaikia şəhərində ölkənin sevilən musiqi qruplarından birinin klipində rol almaq üçün gözəllik müsabiqəsi keçirilib. Müsabiqənin qalibi Alini Oliveyra adlı qız seçilib. Ancaq klipin çəkilişlərinə az qalmış Oliveyra silahlı hücum nəticəsində öldürülüb.
Polis 21 yaşlı gözəllik kraliçasını öldürməkdə şübhəli bilinən Deyvid Korrea adlı şəxsi həbs edib. Sorğu-sual nəticəsində məlum olub ki, Deyvid Korrea eyni müsabiqədə 2-ci olan 20 yaşlı Adayane Matiasın sevgilisidir. Polisdə dindirilmə zamanı Matias qətli sevgilisi və Culiermeson Baston adlı şəxslə birgə planlaşdırdığını etiraf edib.
Qətli törətməkdə məqsəd isə, Oliveyranı aradan götürmək və Matiasın klipdə rol almasına imkan yaratmaq olub. Adayane Matias müsabiqənin kraliçasını öldürmək üçün Korreanın qarşısına şərt qoyub: “Mənə olan sevgini sübut etmək istəyirsənsə, Alini Olivieyranı öldür!”.
Həbs edilənlər ağır cinayətlər məhkəməsində hakim qarşısına çıxacaqlar.
ANN.Az